SOSİUM

Ağac kəsintisi ilə bağlı toplanmış materiallarBaş Prokurorluğa göndərilib
02 MAY
162

Ağac kəsintisi ilə bağlı toplanmış materiallarBaş Prokurorluğa göndərilib

2018-05-02 09:33:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisiElşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271