SOSİUM

Çirkli hava ildə 7 milyon insanın həyatına son qoyur
01 MAY
138

Çirkli hava ildə 7 milyon insanın həyatına son qoyur

2018-05-01 14:58:00

Ümumdünya Səhiyyə Təşkilatı havanın çirklənməsi səbəbindən ildə 7 milyona yaxın insanın öldüyünü açıqlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, təşkilatın direktoru Tedros Adhanom ölkə rəhbərlərini ətraf mühitin çirklənməsi ilə mübarizəyə səsləyib. Onun açıqlamasına görə, dünya üzrə hər 10 nəfərdən 9-u yüksək miqdarda zərərli maddələrlə dolu hava ilə nəfəs alır. Çirkli havanın xüsusilə yoxsulların yaşadığı ərazilərdə insanların həyatına təhlükə yaratdığı bildirilib. Tedros, əsasən Asiya və Afrika ölkələrində ekoloji böhranın güclü olduğunu deyib. 

Təşkilatın məlumatına görə, dünya miqyasında 3 milyard insan evlərində yemək bişirərkən sağlamlığa ziyan verən maddələrlə dolu dumanla nəfəs alır. Bu isə milyonlarla insanın həyatını itirməsinə səbəb olur. 4 milyon 200 min nəfər insan isə birbaşa çirkli hava ilə tənəffüs etdiyindən dünyasını dəyişir. Sənaye müəssisələri, avtomobillər və digər nəqliyyat vasitələrinin buraxdığı zərərli qazlar da insan ölümlərində böyük rol oynayır. İflic olmanın 25, ağciyər xərçənginə yoluxmanın 30, xroniki ciyər xəstəliklərinin isə 43 faizi hava kirliliyi səbəbindən yaranır. 

© Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271