SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
01 MAY
129

Sabaha olan – HAVA PROQNOZU

2018-05-01 12:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 02-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında  qısamüddətli yağış yağacağıgözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə8-13, gündüz 22-27, dağlarda gecə4-9,gündüz 13-18dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 02-04-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276