SOSİUM

“ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı açıqlanıb
30 APREL
172

“ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı açıqlanıb

2018-04-30 13:57:00

 Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Fins.az xəbər verir ki, Dövlət Agentliyinin fəaliyyət göstərdiyi 1817 gün ərzində ümumilikdə 21 246 157 müraciət daxil olub. Müraciətlərin 19 838 754-i Agentliyin tabeliyində olan ASAN xidmət mərkəzlərinə, 1 407 403-ü isə səyyar xidmətlərə daxil olub.

Qeyd edək ki, 2018-ci ilin ötən dövrü ərzində “ASAN xidmət” mərkəzlərinə 1 982 549, səyyar xidmətlərə 123 152, 2017-ci ildə isə “ASAN xidmət” mərkəzlərinə 5 654 789, səyyar xidmətlərə 367 522 müraciət daxil olub.

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimovvəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub. Aprel ayının 23-də isə Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254