SOSİUM

Abituriyentlər üçün onlayn sınaq imtahanı
27 APREL
200

Abituriyentlər üçün onlayn sınaq imtahanı

2018-04-27 15:26:00

Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün onlayn sınaq imtahanı keçirilir. Fins.az xəbər verir ki, sınaq imtahanı 2015-ci ildə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının əsasında hazırlanıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər http://otk.az/ portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra portalda təqdim olunan “Balansını artır” hissəsinə daxil olaraq balanslarını plastik kart və ya milliön terminalları vasitəsilə artıra bilərlər. Bundan sonra müvafiq sınaq imtahanına yazıla bilərlər.
Onlayn sınaq imtahanı abituriyentlərə imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

Qeyd edək ki, yaxın vaxtlarda digər illər üzrə qəbul və sınaq imtahanlarında istifadə olunan test kitabçalarından hazırlanmış sınaq imtahanları portala yerləşdiriləcək.

© Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277