SOSİUM

MSK-ya illik maliyyə hesabatı verməyən partiyaların adları açıqlanıb – SİYAHI
27 APREL
236

MSK-ya illik maliyyə hesabatı verməyən partiyaların adları açıqlanıb – SİYAHI

2018-04-27 10:19:00

Azərbaycanda 2017-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyən 11 siyasi partiyanın adı açıqlanıb.

Fins.az-ın xəbərinə görə, bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Azadlıq Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Partiyası, Milli Hərakat Partiyası, Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Hərakat Partiyası, Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası 2016-ci il üzrə də maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Ədliyyə Nazirliyində qeydiyyata alınan 55 siyasi partiyadan 44-ü 2017-ci il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib. Həmin partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Konqres Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Milli Vəhdət” Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Aydınlar Partiyası, “Ana Vətən” Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Yurddaş Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, “Qorqud” Partiyası, Müasir Musavat Partiyası, “Ədalət” Partiyası, Milli Qurtuluş Partiyası, Sosial Ədalət Partiyası.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259