SOSİUM

Nazirliyin sosial sığınacaqlarında 167 nəfərə xidmət göstərilib
26 APREL
179

Nazirliyin sosial sığınacaqlarında 167 nəfərə xidmət göstərilib

2018-04-26 16:54:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu vaxta qədər  167  nəfərə sosial xidmət göstərilib.

Bu barədə Fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. 

Bildirilib ki, onlardan  101  nəfəri Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa, 66 nəfəri isə uşaqlar olduğundan  Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağa və və Reabilitasiya Müəssisəsinə  yerləşdiriliblər. Həmin insanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, ən başlıcası, normal həyat tərzinə qayıdışı, sosial adapatasiyası üçün məqsədyönlü işlər aparılıb.

Sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial Sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların məşğulluğuna köməklik göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə aidiyyəti tədbirlər görülür.

Artıq 5 aydan çoxdur ki, fəaliyyət göstərən hər iki müəssisədə müasir tələblərə uyğun şərait  vardır. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana  və s. fəaliyyət göstərir.

Hazırda isə bu müəssisələrdə  28  nəfərə (o cümlədən 18 yaşdan yuxarı 9 nəfərə, yetkinlik yaşına çatmamış  19 nəfərə) sosial xidmətlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277