SOSİUM

Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
26 APREL
562

Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək

2018-04-26 11:52:00

Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: "Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

E.Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:

"Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254