SOSİUM

Bakının bu hissəsində – QAZ OLMAYACAQ
26 APREL
525

Bakının bu hissəsində – QAZ OLMAYACAQ

2018-04-26 09:35:00

Bakının Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Fins.az-a "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata görə, Xətai rayonunun Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, aprelin 26-sı saat 10:00-dan təmir işlər tamamlananadək rayonun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253