SOSİUM

Bakıda dörd məktəbdə dərslər dayandırıldı
25 APREL
1102

Bakıda dörd məktəbdə dərslər dayandırıldı

2018-04-25 11:03:00

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276