SOSİUM

Milli Məclisdə daha 4 deputat yeri boşaldı
24 APREL
1117

Milli Məclisdə daha 4 deputat yeri boşaldı

2018-04-24 09:36:00

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” əlavə sərəncam imzalayıb. Bu sərəncamla daha 3 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.
Fins.az-ın məlumatına görə, Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ekologoya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.
Daha əvvəlki gündə imzalanmış sərəncamla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri vəzifəsinə təyin olunmuşdu.
İstisna olunmur ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası adları çəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verəcək. Çünki ölkə qanunvericiliyi bunu tələb edir. 
Son təyinatlardan sonra Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ildə onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, bir müddət əvvəl 120 saylı Cəbrayıl-Qubadlı dairəsinin deputatı Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, Milli Məclisdə 6 deputat yerinə yeni seçkilərin keçiriləcəyi gözlənilir. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276