SOSİUM

Azərbaycanda fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq
21 APREL
523

Azərbaycanda fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq

2018-04-21 21:44:00

Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara əməl etməyən siyasi partiyaların, ictimai birliklərin və xarici təşkilatların ölkədəki nümayəndəliklərinin fəaliyyətinin elan olunmuş vəziyyət başa çatana qədər dayandırılması təklif olunur.

Fins.az-ın məlumatına görə, bununla bağlı “Siyasi partiyalarhaqqında” qanuna 16.4-1-ci maddəsinin əlavəsi təklif edilib.

Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə  vəziyyət başa çatanadək dayandırıla bilər.

Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Layihələr artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260