SOSİUM

Azərbaycanlı zəvvarların növbəti Ümrə ziyarətinin – TARİXİ AÇIQLANDI
20 APREL
145

Azərbaycanlı zəvvarların növbəti Ümrə ziyarətinin – TARİXİ AÇIQLANDI

2018-04-20 12:16:00

Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.

Fins.az-ın məlumatına görə, 28 zəvvardan ibarət qrup aprelin 23-də yola düşəcək.  

Ziyarət aprelin 30-da başa çatacaq. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.

Məlumata görə, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri Ramazan ayına (iyunun 15-16-sı) planlaşdırılır. Bu səfərdə daha çox zəvvarın iştitak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276