SOSİUM

Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir
19 APREL
162

Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir

2018-04-19 16:28:00

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.

Fins.az-ın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

İllik məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277