SOSİUM

Müsahibədə iştirak etməyən namizədlərə – XƏBƏRDARLIQ EDİLİB
19 APREL
248

Müsahibədə iştirak etməyən namizədlərə – XƏBƏRDARLIQ EDİLİB

2018-04-19 11:17:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 7 və 8 fevralda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 13 fevralda elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

Mərkəzdən Fins.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 89 müsahibədən 37-si baş tutub, 52 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibədə iştirak etmiş namizədlərdən 17-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Qeyd olunub ki, nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259