SOSİUM

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb
17 APREL
605

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

2018-04-17 11:48:00

Mədəniyyət və Turizm Nazirliyi“Azərbaycan Xalq Cümhuriyyəti100” loqotipi hazırlayıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, loqotip Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanıb.

Loqotipi "ProMax" şirkətinin əməkdaşı Zahid Murad oğlu Həmzəyev hazırlayıb. "ProMax" şirkətinin rəhbəri Toğrul Bayramlı belə bir loqotip hazırladıqlarından qürur duyduqlarını bildirib.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmq üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249