SOSİUM

Proqnozlar Bürosu: Ölkədə havanın temperaturu tədricən yüksələcək
16 APREL
401

Proqnozlar Bürosu: Ölkədə havanın temperaturu tədricən yüksələcək

2018-04-16 11:31:00

Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprel ayının 17-18-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, lakin aprelin 17-i səhər saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək".  

G.Məmmədova qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləyi əsəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259