SOSİUM

Aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!
09 APREL
364

Aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!

2018-04-09 12:51:00
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də :
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;
– üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 linkindən, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) və eksternat qaydasında imtahan verən məzunlar isə https://www.e gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop- up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256