SOSİUM

17°C isti olacaq – SABAHIN HAVASI
06 APREL
263

17°C isti olacaq – SABAHIN HAVASI

2018-04-06 14:02:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18,  Bakıda gecə 6-8, gündüz 15-17dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 55-65faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-21, dağlarda gecə0-5, gündüz 8-13dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteroloji proqnoz

Aprelin 09-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258