SOSİUM

Bakının bu hissəsində – QAZ OLMAYACAQ
04 APREL
338

Bakının bu hissəsində – QAZ OLMAYACAQ

2018-04-04 11:44:00

Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən  verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 04-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri, həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256