SOSİUM

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
03 APREL
144

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

2018-04-03 11:36:00

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.

Fins.az-ın məlumatına görə, bunu "Seçki-2018" Müstəqil Media Mərkəzinə MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.

Ş.Əsədli qeyd edib ki, eyni zamanda, indiyədək 56 864 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1962-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 min 902-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

O əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256