SOSİUM

Yanvar-fevralda Bakı əhalisinə göstərilən xidmətlərin dəyəri artıb
02 APREL
144

Yanvar-fevralda Bakı əhalisinə göstərilən xidmətlərin dəyəri artıb

2018-04-02 13:44:00

Yanvar-fevral aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 799,8 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən  bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 498,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,4 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artaraq 624,8 milyon manat olub. 2018-ci ilin yanvar-fevral ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 163,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256