SOSİUM

Ali məktəblərə ilk sınaq imtahanının nəticələri 3 gün ərzində elan olunacaq
02 APREL
108

Ali məktəblərə ilk sınaq imtahanının nəticələri 3 gün ərzində elan olunacaq

2018-04-02 13:02:00

Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273