SOSİUM

Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatdı
02 APREL
88

Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatdı

2018-04-02 10:41:00

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

Fins.az-ın məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Qeyd edək ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət aprelin 1-dək olan dövrü əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276