SOSİUM

Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb
28 MART
248

Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb

2018-03-28 13:44:00

 İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İran nümayəndə heyəti Neftçalada maşınqayırma zavodunun açılışında iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267