SOSİUM

Temperatur 5-7 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ
27 MART
684

Temperatur 5-7 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

2018-03-27 13:27:00

 Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273