SOSİUM

Azərbaycanda uşaqlar üçün zərərli informasiyaların növləri müəyyənləşib
27 MART
104

Azərbaycanda uşaqlar üçün zərərli informasiyaların növləri müəyyənləşib

2018-03-27 11:44:00

Uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin qanunvericilik təşəbüsü ilə Milli Məclisə daxil olmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsinin 4-cü maddəsində (Uşaqlar üçün zərərli informasiyanın növləri ) qeyd edilib.

Uşaqlar üçün zərərli informasiyaya aşağıdakılar aiddir:

1. bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya;

2. bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya ;

2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

4. ailə institutunu nüfuzdan salan informasiya;

 5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

6. pornoqrafik xarakterli informasiya;

Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:

1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

3. qorxu məzmunlu informasiya;

4. Erotik məzmunlu informasiya.

4.4. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

4.5. Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi bu Qanunun 7-12-ci maddələrinə uyğun olaraq həyata keçirilir.

4.6. Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Bundan əlavə, uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə diar əlavə tələblər də müəyyənləşib.

Belə ki, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278