SOSİUM

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, dolu düşəcək
23 MART
674

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, dolu düşəcək

2018-03-23 15:33:00

Martın 24-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz  12-17° isti, Bakıda  gecə 3-5° isti, gündüz  14-16° isti  təşkil edəcək. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi  qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz  10-15° isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267