SOSİUM

Azərbaycana bahar gəlir
19 MART
243

Azərbaycana bahar gəlir

2018-03-19 11:47:00

Sabahdan etibarən Azərbaycan ərazisinə bahar gəlir. 

Bu haqda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

O bildirib ki, mart ayının 20-də, saat 20:15:30-da baharın gəlişi gözlənilir:

“Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq.

Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278