SOSİUM

Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək
17 MART
282

Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

2018-03-17 20:41:00

Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Fins.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir.

O bildirib ki, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256