SOSİUM

Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində
17 MART
504

Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində

2018-03-17 00:04:00

Bu gün Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib. 

Fins.az xəbər verir ki, tədbirdə qonaqlara eneolit dövrünə aid qızıl boyunbağı nümayiş etdirilib.

Təqdimatda Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərov çıxış edərək bu eksponatın böyük əhəmiyyət kəsb etdiyini bildirib: 

“Boyunbağı Cənubi Qafqazda ən qədim arxeoloji tapıntı hesab olunur”.

Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimovaya söz verilib. O, qızıldan olan boyunbağının tarixindən danışıb. Bildirib ki, sözügedən dəyərli zinət əşyası 2008-ci ildə Naxçıvan MR-nın Şərur rayonu ərazisində yerləşən Ovçular təpəsi adlı qədim yaşayış yerində aparılan areoxoloji qazıntılar zamanı tapılıb.

© Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256