SOSİUM

Yağış, qar yağacaq – HAVA PROQNOZU
16 MART
1375

Yağış, qar yağacaq – HAVA PROQNOZU

2018-03-16 12:46:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin martın 17-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

 bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

 bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 17-si günün ikinci yarısınadək güclü küləkli və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, martın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276