SOSİUM

Artur Rasi-zadə: Ölkədə yoxsulluq 5,4 faizə enib
16 MART
184

Artur Rasi-zadə: Ölkədə yoxsulluq 5,4 faizə enib

2018-03-16 12:39:00

Azərbaycan ötən illər ərzində böyük uğurlara nail olub.

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.

A.Rasi-zadə bildirib ki, ölkədə aparılan düşünülmüş tədbirlər nəticəsində yoxsulluq 5.4 faizə enib, yaşama müddəti 72.4-dən 75.4-ə yüksəlib.

Baş nazir vurğulayıb ki, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

A.Rasi-zadə qeyd edib ki, sadalanan uğurların qazanılmasına ölkədə dayanıqlı ictimai-siyasi sabitliyin yaradılması, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi səbəb olub.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279