SOSİUM

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub
16 MART
215

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub

2018-03-16 12:29:00

 Bu il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,7 min nəfər olub, onların da 36,5 faizini qadınlar təşkil edib.

Fins.az xəbər verir ki, işsizlik müavinətinin orta məbləği 361,3 manat olub.

2018-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5072,6 min nəfər olub, onlardan 4820,2 min nəfərini d' məşğul əhali təşkil edib.

Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1508,4 min nəfər olub.

2018-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,2 saat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256