SOSİUM

İşə qəbul üzrə müsabiqə başa çatıb
16 MART
248

İşə qəbul üzrə müsabiqə başa çatıb

2018-03-16 10:39:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqə yekunlaşıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Nəticələrə əsasən, müsabiqənin bütün mərhələlərində uğurlu nəticə göstərmiş şəxslər TDM-də metodist (mentor) vəzifəsinə işə qəbul olunub.

Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən TDM ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə TDM tərəfindən müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verilir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərilir.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarəolunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267