SOSİUM

Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq
15 MART
241

Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq

2018-03-15 16:44:00

Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.

O qeyd edib ki, məntəqə səfirliyin konsulluq binasında saat 8-dən saat 20:00-dək açıq olacaq: "Həmin müddətdə Azərbaycanda olan bütün Rusiya vətəndaşlarını səsvermədə iştirak etməyə çağırırıq".

Diplomat martın 17-də isə Gəncədə seçki məntəqəsinin açılacağını deyib. Heydər Əliyev meydanındakı İnzibati binada (Rus icması otağı) fəaliyyət göstərəcək məntəqə saat 10-dan 16.00-dək açıq olacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273