SOSİUM

Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ
15 MART
2338

Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

2018-03-15 12:43:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin martın 16-na olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Martın 16-sı gündüzdən martın 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255