SOSİUM

Əhaliyə təhlükə xəbərdarlığı – VİDEO
14 MART
412

Əhaliyə təhlükə xəbərdarlığı – VİDEO

2018-03-14 11:41:00

"Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır"

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Fins.az FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, müraciətdə deyilir:

"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

— bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

— tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

— tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

— tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

— yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254