SOSİUM

Kolleclərə sənəd verən 7365 abituriyent ərizəsini təsdiq edib
13 MART
200

Kolleclərə sənəd verən 7365 abituriyent ərizəsini təsdiq edib

2018-03-13 15:54:00

2018/2019-cu tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizələrin qəbulu  martın 1-dən başlayıb və martın 27-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, 13 mart saat 16:30-a olan məlumata əsasən, 7365 abituriyent (Azərbaycan bölməsi - 7159; rus bölməsi - 206) elektron ərizəsini təsdiq edib.

Kolleclərin müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixdə elektron ərizələrini ( http://eservices.dim.gov.az/erizetex/erize/?frm=egov ) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256