SOSİUM

Azərbaycana 41 sm qar yağıb – FAKTİKİ HAVA
13 MART
287

Azərbaycana 41 sm qar yağıb – FAKTİKİ HAVA

2018-03-13 11:32:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi-Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 41, Sarıbaşda 21, Xınalıqda 17, Qırızda 16, Qubada 8, Qusar, Şamaxıda 5, Xaltanda 3, Kişçay, Rvarud, Kəlvəzdə 2, Qəbələ, Göygöldə 1, Qubanın dağlıq ərzilərində 3-25 sm təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267