SOSİUM

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib – VİDEO
07 MART
1016

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib – VİDEO

2018-03-07 12:20:00

Fövqəladə Hallar Nazirliyiəhaliyə müraciət edib.

Fins.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258