SOSİUM

Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır
07 MART
155

Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır

2018-03-07 09:44:00

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır.

Fins.az-ın məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

Bundan əlavə Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi proseduru da martın 7-dək başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253