SOSİUM

DİM: 363 namizəd iddia etdiyi vəzifəyə uyğun sayılmayıb
06 MART
138

DİM: 363 namizəd iddia etdiyi vəzifəyə uyğun sayılmayıb

2018-03-06 15:26:00

Yanvarın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi davam edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

DİM-in mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla, 18 müxtəlif yerdə keçirilir.

Qeyd olunub ki, 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə indiyə qədər qeydiyyatdan keçmiş namizədlərlə 574 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 206 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 363 namizəd isə vəzifə uyğun sayılmayıb. Beş nəfərin nəticəsi etibarsız hesab edilib. Qeydiyyatdan keçmiş namizədlərdən 355 nəfəri müsahibələrdən imtina edib, 268 namizəd isə müsahibələrə qatılmayıb.

Namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə  iştirak etmək üçün qeydiyyatdan keçə bilib.

Qeyd olunub ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur: “Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv edə bilərlər. Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272