SOSİUM

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır
06 MART
275

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır

2018-03-06 09:37:00

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcəkdir

Fins.az xəbər verir ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat 06 mart saat 10:00-dan 28 mart saat 10:00-dək aparılacaqdır.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq  səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255