SOSİUM

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 40 286 istehlakçıya xidmət edib
05 MART
201

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 40 286 istehlakçıya xidmət edib

2018-03-05 17:40:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az “Azəriqaz”a istinadən xəbər verir ki, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə, Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə, ümumilikdə, 40 286 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272