SOSİUM

Azərbaycanın əsas məscidlərinin siyahısı dəqiqləşdirilib, 230 videokamera quraşdırılıb
05 MART
263

Azərbaycanın əsas məscidlərinin siyahısı dəqiqləşdirilib, 230 videokamera quraşdırılıb

2018-03-05 14:14:00

2017-ci ildə Azərbaycanın şəhər və rayonlarındakı əsas məscidlərin siyahısı müəyyənləşdirilib, onların daxilində 53 nöqtədə 230 videokamera quraşdırılıb, və bu sahədə işlər davam etdirilir.

Fins.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, qanunsuz dini təbliğatla məşğul olan 142 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. Onlardan istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmadan 5 min 185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256