SOSİUM

Nazir müavini: "İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır"
05 MART
155

Nazir müavini: "İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır"

2018-03-05 14:07:00

"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır". 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın xəbərinə görə, bunu təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq: "Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək".

Kurikulumun bəzən valideynlər və mütəxəssislər tərəfindən birmənalı qarşılanmadığını söyləyən C. Bayramov qeyd edib ki, tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir: "Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib" .

Nazir müavini 2015-ci ilin yanvarın 1-dən diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin əməkhaqlarının artırılmasına başlanıldığını da diqqətə çatdırıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267