SOSİUM

Daha bir kəndə təbii qaz verilib
25 FEVRAL
320

Daha bir kəndə təbii qaz verilib

2018-02-25 14:26:00

Masallı rayonunun Şıxlar kəndinə təbii qaz verilib.

Tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, ümumilikdə 781 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min 882 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun Qodman kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin Baş direktoru Ə.Hacıyev, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.

Baş direktor qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Birliyin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258