SOSİUM

MSK daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
25 FEVRAL
285

MSK daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

2018-02-25 14:02:00

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın xəbərinə görə, iclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. O qeyd edib ki, hər iki şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var. Məsələ səsverməyə qoyularaq təsdiqlənib. Daha sonra hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267