SOSİUM

Bu qurum fəaliyyətini dayandırdı
23 FEVRAL
555

Bu qurum fəaliyyətini dayandırdı

2018-02-23 23:29:00

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) 28 fevraldan etibarən fəaliyyətini dayandıracaq. Fins.az xəbər verir ki, bu barədə mərkəzin rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

Mərkəzin fəaliyyətini dayandırmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilir: “Təəssüf hissi ilə qeyd edirik ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır. Bizim sponsor hesabına faəliyyət göstərdiyimiz hər kəsə məlumdur və artıq təəssüf ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256